Övladına nişan məclisi keçirən ata və qonaqları cərimələndi

Övladına nişan məclisi keçirən ata və qonaqları cərimələndi
SOSİAL
10:28 08.02.2021
822
Sabirabad rayonunda nişan məclisi təşkil edənlər müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini R.İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.
OXŞAR XƏBƏRLƏR