56 yaşlı kişini cərəyan vuraraq öldürüb.
AZXEBER.COM ARB 24-yə istinadən xəbər verir ki, hadisə Goranboyun Nizami kəndində baş verib. Kənd sakini Rasim Cəfərov evində iş görən zaman elektrik cərəyanı onu vurub. Ətrafdakılar onu xəstəxanaya çatdırmağa cəhd etsələr də, kənd sakini yolda dünyasını dəyişib.
Övladına toy etməyə hazırlaşan mərhum yeni evdə elektirik xətlərini yeniləyirmiş.