Övladını zəhərləyən valideynlər: onlar kimdir?

Övladını zəhərləyən valideynlər: onlar kimdir?
SOSİAL
16:33 25.11.2022
495
Toksik (zəhərli) ana və ata 

Ana və ata bu dünyada bizim kim olduğumuzu, şəxsiyyətimizi, gələcəkdəki kariyera, sevgi, şəxsi statusumuzu uyğunlaşdıran mühum şəxslərdir. Əfsus ki, hər ana və ata bu ada uyğun davranmırlar. Dedikləri ilə əməlləri üst üstə düşməyə bilir. Hazırkı dünyada milyonlarla insanların psixi problemli, zərərli vərdişləri olanların (narkotik, içki, qumar və s.) ən ümdə səbəbləri onlara yol açan valideyinlərdir. Bunu oxuyanlar deyə bilər ki, hansı ana, ata öz övladını bilə-bilə zəhərləyər? Valideyinlər, xüsusilə, toksik olanlar özləri belə fərqinə varmadan sözlərilə, əməli hərəkətləri ilə öz uşaqların məhvə doğru aparırlar. 

Gəlin, toksik ana və ata tiplərinə nəzər salaq:

1. Fiziki zorakılıq (Ev əhlinin uşağa şiddəti, kəmərlə döymə, alovla qorxutma) - Bu tip uşaqlarda travmatik bir aqressiya formalaşır və gələcəkdə bu aqressiyanı çıxartmaq üçün başqalarına zor tətbiq edir.
2. Fiziki və bioloji istismar (Ac buraxmaq, otağa bağlamaq) - Bu uşaqlar isə gələcəkdə özünə qapanıq, paylaşmağı bacarmayan (simic) olması ehtimalları daha yüksəkdir.
3. Duyğusal ehmal (məsafəsiz tərk etmək, uşağın bütün gün televizor, telefondan asılı qalması) - Bu uşaqlar gələcəkdə bağlanma problemi ilə üz üzə qalırlar.
4. Əməl və sözlərin ziddiyyəti (Dedikləri ilə etdiklərinin üst üstə düşməməsi) - Bu tip uşaqlarda isə, əsasən, yalan danışma, sözündə sabit olmamaq kimi hallarla qarşılaşma olur. Cəmiyyətdə sağlam fərdlərin formalaşması üçün bu tip yalnışlara yol verilməməlidir.
5. Əməl və sözlərin ziddiyyəti (Dedikləri ilə etdiklərinin üst-üstə düşməməsi) - Bu tip uşaqlarda isə əsasən yalan danışma, sözündə sabit olmamaq kimi hallarla qarşılaşma olur. Cəmiyyətdə sağlam fərdlərin formalaşması üçün bu tip yanlışlara yol verilməməlidir.

Psixoloq Fatimə Nəcəfli
OXŞAR XƏBƏRLƏR