AZXEBER.COM xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə prosesdə şahidlərin dindirilməsi davam etdirilib.
Şahidlərdən ilk olaraq N. Mehdiyev ifadə verib. O bildirib ki, övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib. Lakin ilkin imtahan nəticələri uğursuz olub.
Övladının yüksək bal toplaması müqabilində müəllimə 8 min manat verəcəyini bildirib. Deyib ki, həmin məbləği imtahan nəticələri açıqlandıqdan sonra verəcəkmiş.
Daha sonra imtahanlarda iştirak edən A. Mehdiyev ifadə verib. O deyib ki, texniki avadanlıqlar imtahana bir neçə saat qalmış quraşdırılıb. Məlum olub ki, o, avadanlıqların köməyi ilə 200 dən artıq bal toplayıb.
/Qafqazinfo










































