Övladları boşanan qudalar dalaşdı: oğlanın atası qızın anasını döydü

Övladları boşanan qudalar dalaşdı: oğlanın atası qızın anasını döydü
SOSİAL
16:07 25.07.2017
1260
Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qarşısında dava düşüb. 

Övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib. 

Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR