Övladları Güzide Duran ilə görüşməkdən imtina edib

Övladları Güzide Duran ilə görüşməkdən imtina edib
MAQAZİN
12:48 11.07.2025
173
İş adamı Adnan Aksoy ilə boşanmaq ərəfəsində olan keçmiş model həyat yoldaşı Güzide Duran arasında gərginlik pik həddə çatıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 illik həyat yoldaşı Güzide Durandan boşanmaq üçün məhkəməyə müraciət edən Adnan Aksoy, Duranın Fikrət Ormanla münasibət qurmasından sonra xəyanət iddiası ilə bağlı sənədləri məhkəməyə təqdim edib.
 
Dosyedə Duranın Mehmet Karataş və "Beşiktaş”ın keçmiş prezidenti Fikrət Ormanla münasibətdə olduğunu iddia edən faktlar yer alıb.

İş materiallarında Duranın Karataşla münasibəti zamanı 350 min TL borc istəməsi və Karataşın Mustafa Sandalın həyat yoldaşı Simge Sütşurup vasitəsilə ona pul göndərdiyinə dair sübutlar var.

Güzide Duranın Romada ataları ilə qalan uşaqları ilə görüşmədiyi də məlum olub. 
 
Duranın qadağan olunmuş münasibətlərinin Aksoyun psixologiyasına və ailəsinə böyük təsir etdiyi, xüsusilə 16 yaşlı qızlarının anaları ilə görüşməkdən imtina etməsi və uşaqların böyük travma keçirdiyi vurğulanıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR