Övladları tərəfindən atılan atadan xəbər var - FOTO

Övladları tərəfindən atılan atadan xəbər var - FOTO
SOSİAL
10:52 31.07.2018
5618
Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib.

AZXEBER.COM0 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov öz sosial şəbəkə hesabında yazaraq bildirib ki, Yaşar Quliyev heç bir müəssisəyə müraciət etməyib: "Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda Y.Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub. Nazirlik əməkdaşları həmin videodan sonra Yaşar Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər. Bundan sonra o, burada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq".
 
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə övladları tərəfindən atılan atanın qocalar evinə qəbul edilmədiyi haqda video yayılmışdı.
OXŞAR XƏBƏRLƏR