Volkan: ''Fənərbaxça'' Avroliqanın, ''Qalatasaray'' da...

İDMAN
22:29 11.09.2012
1447

"Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirəl ölkəsinin "TRTspor" kanalına müsahibə verib.

AZXEBER.COM-un məlumatına görə, "Futbol Ateşi" verilişinin qonağı olan Volkan bir sıra maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Mən "Kartalspor"da oynayarkən "Fənərbaxça"da Rüşdü Rəncbər var idi. Ondan çox şey öyrəndim. "Fənərbaxça"da yüksəlməyimdə bir çoxunun üzərimdə əməyi var. Bunları inkar etmirəm. Şükürlər olsun ki, artıq zədəm sağalmaq üzrədir.Bununla belə,düşünürəm ki, Mert Günok məni yaxşı əvəz edir. Düzdür, bəzi epizodlarda kobud səhvlərə yol verib.Ancaq qapıçı səhv edərək daha yaxşı səviyyəyə gəlir. Mən də vaxtında kobud səhvlər etdim. Sadəcə, Mertə dəstək olmalıyıq. Çox təəssüf ki, bu mövsüm Avrokuboklarda Türkiyənin iki təmsilçisi qalıb. Lakin ümid edirəm ki, biz Avroliqanın, "Qalatasaray" daÇempionlar Liqasının qalibi olar. Daha sonra "Qalatasaray"la Avropa Superkubokunda üz-üzəgələrik".

OXŞAR XƏBƏRLƏR