Volkan Konağın ailəsi bu şəxslərdən şikayətçi olacaq

Volkan Konağın ailəsi bu şəxslərdən şikayətçi olacaq
MAQAZİN
11:01 01.04.2025
191
58 yaşında dünyasını dəyişən türkiyəli müğənni Volkan Konağın ölümündən sonra sosial şəbəkədə onun haqqında təhqiramiz paylaşımlar edilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Volkan Konakın ailəsi sosial şəbəkədə sənətçi haqqında yazılan mənfi şərhlərə və təhqiramiz yazılara görə şikayətçi olacaqlarını açıqlayıb.

"Volkan Konakın ölümündən sonra vəkillərimiz sosial şəbəkələrdə edilən çirkin şərhlərə, təhqirlərə və spekulyativ xəbərlərə qarşı bütün hüquqlarımız qorunmaqla cinayət işi açacaq” deyə müğənninin ailəsinin paylaşımında deyilir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR