Volkan Konağın vəsiyyəti təəccübləndirdi

Volkan Konağın vəsiyyəti təəccübləndirdi
MAQAZİN
10:56 31.03.2025
234
Dünən anidən səhnədə halı pisləşərək dünyasını dəyişən müğənni Volkan Konakın vəsiyyəti ortaya çıxıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu barədə qısa zaman öncə jurnalistlərə müsahibəsində danışıb.
 
Sənətçi dəfn edilmək istəmədiyini dilə gətirərək vəsiyyətini açıqlamışdı:
 
"Məni sevənlərə vəsiyyətim odur ki, öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Və külümü bir qutuya qoyub helikopterlə Qara dənizimin üstünə səpələsinlər. Xüsusilə də Trabzonuma".
 
Aysel
OXŞAR XƏBƏRLƏR