Zelenski: “Baydenlə Donbasdakı vəziyyəti müzakirə etdik”

Zelenski: “Baydenlə Donbasdakı vəziyyəti müzakirə etdik”
DÜNYA
15:30 02.11.2021
359
"ABŞ Prezidenti Cozef Baydenlə söhbət zamanı Donbasda təhlükəsizlik məsələsini müzakirə etdik. ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməkdə davam edir”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenlə Ukraynanın dövlət başçısı Vladimir Zelenski Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP26) Tərəflərin 26-cı Konfransı çərçivəsində görüşüblər.
OXŞAR XƏBƏRLƏR