Volodimir Zelenski: "Biz sülhə hazırıq"

Volodimir Zelenski: "Biz sülhə hazırıq"
DÜNYA
13:34 14.11.2022
208
"Biz sülhə hazırıq".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı söyləyib ki, Ukrayna ordusu irəliləyir.

Prezident həmçinin NATO-ya və digər tərəfdaşlara Rusiya işğalına qarşı müharibədə göstərdikləri köməyə görə minnətdarlığını bildirib.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında isə bildirib ki, Rusiya ilə danışıqlara nə vaxt başlayacağına rəsmi Kiyev özü qərar verməlidir.

O söyləyib ki, Ukrayna nə edəcəyini özü müəyyənləşdirməlidir: "Bizim vəzifəmiz onları dəstəkləməkdir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR