Volodimir Zelenski: “Krım Ukraynadır!”

Volodimir Zelenski: “Krım Ukraynadır!”
DÜNYA
15:47 24.08.2023
235
Ukrayna Prezidenti Volodimir Zelenski 60-dan çox ölkə və beynəlxalq təşkilatın iştirakı ilə Ukraynanın paytaxtı Kiyevdə keçirilən Krım Platformasının 3-cü Sammitindən sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM xəbər verir ki, görüşdə çıxış edən Volodimir Zelenski Qərb tərəfdaşlarının Ukraynanı dəstəklədiyini, ABŞ prezidenti Co Bayden, Avropa İttifaqı (Aİ) və digər qitələrdəki ölkə liderləri ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Krımın Ukraynaya aid olduğunu bəyan edərək, "Biz Krım və müvəqqəti olaraq işğal altında olan bütün digər Ukrayna torpaqları üçün mübarizə aparırıq. Torpaqlarımızı heç bir ittifaqa üzv olmaq üçün dəyişdirməyəcəyik", - deyə bildirib.

Zelenski bu görüşlərdə "sülh formulu”, silah daşınması və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi kimi məsələlərin müzakirə edildiyini, 19 ədəd F-16 təyyarəsi ilə bağlı Danimarka ilə dəqiq razılığın əldə edildiyini və bu təyyarələrin çatdırılmasının reallaşacağını bildirib. 

Gülay
OXŞAR XƏBƏRLƏR