Volodimir Zelenskiyə "Saxarov" mükafatı verilə bilər

Volodimir Zelenskiyə "Saxarov" mükafatı verilə bilər
DÜNYA
18:55 07.09.2022
322
Avropa Parlamentindəki ən böyük siyasi qrup olan Avropa Xalq Partiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə fikir azadlığına görə "Saxarov" mükafatının verilməsini təklif edib.

Bu barədə məlumat Avropa Xalq Partiyasının saytında yer alıb.

Avropa Parlamentinin üzvü Rasa Jukneviciene V.Zelenskinin bu mükafata layiq olduğunu söyləyib.

Qeyd edək ki, Avropa Parlamenti 1988-ci ildən "Saxarov" mükafatını insan hüquqlarını və əsas azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verir.

2021-ci ildə bu mükafatı Rusiyanın əsas müxalifətçisi Aleksey Navalnı alıb.
OXŞAR XƏBƏRLƏR