"Volodimir Zelenskiyə sui-qəsd hazırlanır" - Ukrayna Təhlükəsizlik Şurası

"Volodimir Zelenskiyə sui-qəsd hazırlanır" - Ukrayna Təhlükəsizlik Şurası
DÜNYA
13:13 12.08.2022
246
"Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır".

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

"Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var", - o vurğulayıb.

A.Danilov əlavə edib ki, bütün proseslər nəzarət altında olmaya bilər: "Lakin bu, müharibədə normal haldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar".
OXŞAR XƏBƏRLƏR