Von der Leyen: Avropa Qəzza sülh planını dəstəkləyir

Von der Leyen: Avropa Qəzza sülh planını dəstəkləyir
DÜNYA
18:24 13.10.2025
84
Avropa ABŞ, Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə əldə olunan sülh planını dəstəkləyir.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen özünün "X” hesabında deyib.

"İsrailli girovların qayıtması ailələri üçün sevinc anıdır. Bütün dünya üçün isə rahatlıq anıdır. Bu o deməkdir ki, səhifə çevrilə bilər və yeni bir fəsil başlaya bilər. Şarm əl-Şeyxdə müharibəni bitirən razılaşmanın detallarının yekunlaşdırılması tarixi bir hadisədir. Biz bu razılaşmanın uğuruna əlimizdə olan bütün imkanlarla dəstək verməyə hazırıq. Xüsusilə də, idarəçilik məsələsində və Fələstin hakimiyyətində islahatların aparılmasında dəstək göstərməklə. Biz Fələstin Donorları Qrupunda aktiv qüvvə olacağıq. Biz Qəzzanın yenidən qurulması üçün vəsait təmin edəcəyik” Ursula von der Leyen qeyd edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR