Vuçiç Aİ-nin missiyasının fəaliyyətini “biabırçılıq” adlandırdı

Vuçiç Aİ-nin missiyasının fəaliyyətini “biabırçılıq” adlandırdı
DÜNYA
19:09 18.06.2023
271
Tanınmamış Kosovonun ərazisində fəaliyyət göstərən Aİ-nin Qanunun Aliliyi Missiyasının (EULEX) fəaliyyəti biabırçılıqdır, öhdəliklərini yerinə yetirmir və yalanlar yayır.

Bunu bazar günü Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

Vuçiç missiyadan sitat gətirib: "Biz sizə zəmanət veririk ki, vəziyyətə nəzarət edirik”.

"Ayıb olsun, yalançılar! Siz heç nəyə əməl etmirsiniz, siz yalançılarsınız! Yeganə məqsədiniz serblərin bölgədən qovulmasıdır”, - Serbiya prezidenti deyib.
OXŞAR XƏBƏRLƏR