Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.
Bu barədə Serbiya KİV-i məlumat yayıb.
Onun sözlərinə görə, prezidentlik karyerasını il yarımdan sonra başa vuracaq.
"Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - o bildirib.
Bundan əlavə, o, respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün hesab edib.
\report