Serbiyanın sabiq Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə Serbiyanın Neft Sənayesi Şirkətinin (NIS) ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini açıqlayıb.
Vuçiç bu barədə "RT Balkan” telekanalının aparıcısı Mariya Kordiçə müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkətin fəaliyyəti ilə bağlı məsələni yaxın vaxtlarda Rusiya lideri ilə müzakirə edib.
"Bu barədə bu yaxınlarda Prezident Putinlə də danışmışam. Mən Rusiyanın mövqeyini başa düşürəm. Eyni zamanda, ABŞ-nin də bu məsələdəki mövqeyini anlayıram”, – Vuçiç qeyd edib.
O, ABŞ-nin məsələyə yanaşmasının dəyişə biləcəyini də istisna etməyib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi avqust ayında Serbiyanın Neft Sənayesi Şirkətinin fəaliyyətini davam etdirməsinə imkan verən müvəqqəti lisenziyanın müddətini sentyabrın 30-dək uzatmışdı.
///teleqraf///











































