Serbiya və Misir tezliklə birgə hərbi təlimlər keçirəcək.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə görüşündən sonra deyib.
"Biz bütün geosiyasi məsələləri müzakirə etdik, kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret əməkdaşlıq növləri haqqında danışdıq, tezliklə Serbiya və Misir ordularının, ilk növbədə, bizim xüsusi bölmələrimizin birgə təlimləri keçiriləcək”, – Vuçiç söyləyib.
O, Misir liderinin dünyada sülh arzulayan nadir siyasətçilərdən olduğunu vurğulayıb və Ukraynadakı müharibə ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib.
///Report