Vulkan püskürdü, minlərlə insan ərazidən təxliyə olundu

Vulkan püskürdü, minlərlə insan ərazidən təxliyə olundu
DÜNYA
13:22 12.06.2023
198
Filippinin paytaxtı Manilada ölkənin ən aktiv vulkanı olan Mayonun ətəyində lava axınları səbəbindən bölgədəki yüksək riskli bölgədə məcburi təxliyələr davam edir.

AZXEBER.COM xəbər verir ki, Filippindəki 24 aktiv vulkandan biri olan Mayon vulkanının cənub yamacında ötən gecədən intensiv lava axınları başlayıb. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) vulkanik aktivliyin güclənəcəyi təqdirdə xəbərdarlıq səviyyəsinin yüksəldildiyini bildirib.

İnstitut xəbərdarlıq edib ki, təxliyə zonası genişləndirilə bilər və insanlar təcili sığınacaqlara təxliyəyə hazırlaşırlar. Albay əyalətinin mərkəzi Leqazpidən 14 kilometr aralıda yerləşən Mayon vulkanının 6 kilometrliyində yaşayan əhalinin məcburi təxliyyəsi həyata keçirilib.

Qeyd edək ki, Mayon vulkanının 2018-ci ildə püskürməsi on minlərlə insanın evlərini tərk etməsinə səbəb olub. Filippin Sakit okeanda zəlzələlərin və vulkan püskürmələrinin intensiv olduğu "Yanğın kəməri" adlanan qırılma xəttində yerləşir. 

Ayşən
OXŞAR XƏBƏRLƏR