Vüqar Əhməd saxlanılıb?

Vüqar Əhməd saxlanılıb?
SOSİAL
19:42 15.12.2025
1908
Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılması ilə bağlı xəbər yayılıb. 
 
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.

"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".

AZXEBER.COM xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Vüqar Əhməd axşam saatlarında sərbəst buraxılıb. 

Bu barədə Manset.az-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova bildirib.
OXŞAR XƏBƏRLƏR