Vüqar Həşimovun xatirəsinə həsr olunmuş I Şahmat Çempionatı başa çatdı - FOTOLAR

GƏNCLİK
17:00 17.01.2014
1480

Bu gün Mingəçevir şəhərində region gəncləri arasında təşkil olunan 1-ci Şahmat Çempionatına yekun vurulub. 

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan və Azərbaycan şahmatının tanınmış simalarından biri olan qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Çempionatda 30-a yaxın şəhər və rayonun təmsilçisi iştirak etmişdir.

2 gün davam edən çempionatın bağlanış mərasimində Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti haqqında məlumat vermiş, təhsillə yanaşı gənclərin intelektual və mədəni səviyyələrini də inkişaf etdirmək üçün dövlət tərəfindən istənilən şərait yaradıldığını diqqətə çatdırmışdır. Şahmatın məntiq tələb edən intelektual oyun olduğunu bildirən F.Həsənzadə Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu və ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövlətləri sırasında olduğunu qeyd etmişdir.

Tədbirdə iştirak edənlər digər rəsmi qonaqlar da gənclərin belə bir çempionat təşkil etməsinin əhəmiyyyətini vurğulamış, Vüqar Həşimovun xatirəsini hörmətlə yad etmişdirlər.

Təşkilat Komitəsi Mingəçevir Gənclər Evində 2 gün davam edən Çempionatın gedişi haqqında məlumat vermiş və iştirakçıları sonuncu final oyununu izləməyə dəvət etmişdirlər.

Çempionatda iştirakçılardan Samir Hümbətov I yeri, Zeynəb İsmayılzadə II yeri, Zamin İsmayılov III yeri qazanmışdırlar.

Sonda qalib olmuş gənclər Mərkəzin tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşdurlar.

OXŞAR XƏBƏRLƏR