Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçiriləcək

İDMAN
20:30 21.03.2014
927
Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş açıq şahmat turniri keçiriləcək.ANS PRESS-in verdiyi məlumata görə, Moskvada Avropa çempionu, dünyanın aparıcı şahmatçılarından biri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq şahmat turniri təşkil olunacaq.Turnir “Azərbaycan Mədəniyyətinin İnkişafı və Yüksəlişi” Fondunun təşkilati dəstəyi ilə aprelin 25-də Moskva Millətlər Evində keçiriləcək.Xatırladaq ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda doğulub. Karyerasının zirvəsində FİDE-nin reytinq cədvəlində 4-cü yeri tutan V.Həşimov FİDE-nin Bakıda keçirilən Qran-pri turnirinin qalibi, 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub. Serbiyada keçirilən qitə birinciliyinin son turunda yığmamızın tarixi qələbə qazanmasında həlledici rol oynayıb, 2011-ci ildə İtaliyada keçirilən ənənəvi “Reco-Emiliya” beynəlxalq turnirində qalib gəlib.
OXŞAR XƏBƏRLƏR