Vüqar onu polisə şikayət edən Elza Seyidcahanla barışdı

Vüqar onu polisə şikayət edən Elza Seyidcahanla barışdı
MAQAZİN
17:43 09.09.2025
272
Əməkdar artist Elza Seyidcahan və meyxanaçı Vüqar Əbdülov barışıb.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda Vüqar qonaq olduğu "Günə uğurla” verilişində danışıb.
 
O bildirib ki, Seyidcahanla küsülülyə son qoyublar:

"Elza Seyidcahan gözəl insan və bəstəkardır. Bəzi şeirlərində olan çılpaq sözlərə irad bildirmişəm. Bu da onun xətrinə dəymişdi. Dedim, Elza xanım, sizin nə şərəf, nə ləyaqətinizə toxunmamışam. Bir tamaşaçı kimi şeirinizə nəsə deməyə ixtiyarım var.  Onun bir şeirini parodiya etdim. Sonra barışdıq. O cür mahnılar bəstələyib, onu necə sevməyə bilərsən? Sadəcə, yazdığı şeirlər insanları qıcıqlandırır. İstəmirəm uşaqlarımız elə açıq-saçıq sözlər olan şeirləri dinləsin". 

Qeyd edək ki, E.Seyidcahan Vüqarı polisə şikayət etdiyini deyərək "Ona cinayət işi açılıb. Hələ də məhkəmə davam edir. Onlar məni yox, böyüklərimi təhqir ediblər. Mən adıma, müəllimlərimə xələl gətirməmişəm. Qoymaram ki, kimsə bunu təhqir etsinlər" sözlərini əlavə edib. 
OXŞAR XƏBƏRLƏR