Vüqar Rəhimzadə: "Möhtərəm Prezidentimizin vurğuladığı tezislər gələcək inkişaf strategiyasının prioritetləridir"

Vüqar Rəhimzadə: "Möhtərəm Prezidentimizin vurğuladığı tezislər gələcək inkişaf strategiyasının prioritetləridir"
SİYASƏT
15:17 23.04.2017
1051

 

"Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc, müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik təmin edildi, iqtisadiyyat, xüsusilə də neft-qaz sektoru inkişaf etməyə başladı. Qısa zamanda ölkəmiz qlobal enerji layihələrinin iştirakçısı və təşəbbüsçüsünə çevrildi. Bununla Azərbaycan dünya miqyasında neft ölkəsi olaraq böyük nüfuz qazandı, Avropanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevrildi. Bu gün isə Azərbaycan iqtisadiyyatı qeyri-neft sahəsi üzrə şaxələndirilir, "Made in Azerbaijan” brendi dünya bazarlarına daxil olur. "Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır.” Aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi bu fikirlər ölkəmizin son dövrlər qeyri-neft sahəsi üzrə böyük uğurlar əldə etdiyini təsdiqləyir.” Bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün iqtisadi inkişaf statistik rəqəmlərdə də özünü aydın şəkildə göstərir: "Belə ki, yanvar-mart aylarında iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayesi 2, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Ticarət dövriyyəsi 15, ixrac 50 faizə yaxın artıb, idxal isə 17 faiz azalıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Göründüyü kimi, ölkəmiz demək olar ki, iqtisadiyyatın bütün sahələrində öz inkişaf tempini qoruyub saxlayıb.”

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən biri münbit investisiya mühitinin yaradılmasıdır: "Bu gün ölkəmizdə kifayət qədər əlverişli investisiya mühiti yaradılıb. Hazırda istər yerli, istərsə də xarici sərmayədarlar iqtsadiyyatın müxtəlif sahələrinə böyük həcmdə investisiyalar yatırırlar. Möhtərəm Prezidentimiz İlham Əliyev də qeyri-neft ixracatçılarının respublika müşavirəsində vurğulayıb ki,Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb edilib. Təbii ki, bu və digər müsbət işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin dünyadakı imicini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızı rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerə layiq görüb.”


"İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlət başçısı ölkəmizə daha çox sərmayənin cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə məmurlar, yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub: "Möhtərəm Prezidentimizin tapşırığı ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində ölkəmiz öz iqtisadi potensialını şaxələndirib. Artıq qeyri-neft sektoru iqtisadiyyatın 65 faizini təşkil edir. Buna baxmayaraq qarşıda duran əsas vəzifələrdən biri ixracda şaxələndirmənin təmin edilməsidir. "Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyən möhtərəm Prezidentimiz bununla yerli icra orqanları qarşısında mühüm vəzifələr qoydu. Hesab edirəm ki, yerli icra orqanları bu işdə daha məsuliyyətli olmalı və qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməlidirlər. Çünki möhtərəm Prezidentimizin vurğuladığı bu tezislər gələcək inkişaf strategiyasının prioritetləridir.”

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb