Vüqar Rəhimzadə: "Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi"

Vüqar Rəhimzadə: "Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi"
SİYASƏT
16:00 17.02.2020
3809
"Azərbaycan və dünya ictimaiyyəti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu”.

AZXEBER.COM xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

"İki sahil” qəzetinin baş redaktoru bildirib ki, Prezident İlham Əliyev Nikol Paşinyana tarix dərsi keçdi:

"Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təstiq etdi. Bu mənada Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzibolunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Açıq-aydın göründü ki, Nikol Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər, təqdim etdiyi tutarlı faktlar və dəlillər qarşısında aciz durumda qaldı”.

"Prezident İlham Əliyevin Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi beynəlxalq norma və prinsiplərə əsaslanan hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument gətirə bilmədi”, - deyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələri xronoloji ardıcıllıqla sadaladığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da Prezident İlham Əliyev Dağlıq Qarabağın həm hüquqi, həm də coğrafi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Vüqar Rəhimzadə əlavə edib ki, siyasi cəhətdən savadsız və korafəhm fiqur olduğunu dəfələrlə nümayiş etdirmiş Paşinyan bu debatın gedişində də özü-özünü ifşa və təkzib etdi:

"Bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri, digər tərəfdən də öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etməli oldu. Bununla da Paşinyan bu fikri ilə əyani şəkildə təsdiq etdi ki, "Dağlıq Qarabağ ordusu” deyilən mif heç bir real fakta əsaslanmır və Azərbaycan ərazilərini işğal edən də, bu gün ərazilərimizi işğal altında saxlayan da Ermənistan silahlı qüvvələridır. Düşmən ölkənin rəhbəri dolayı yolla etiraf etməli oldu ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələri var, Ermənistan vətəndaşları hərbi xidmətlərini burada keçirlər, "Dağlıq Qarabağ respublikası” adlanan qondarma qurum Ermənistan büdcəsindən maliyyələşdirilir”.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərinə növbəti dəfə tarix və hüquq dərsi keçdi: "Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların bəyanatları, qəbul etdikləri sənədlər bunu deməyə əsas verir. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyi ilə hər müzakirədə əsaslı tarixi faktlarla çıxış edərək, haqlı, ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu real faktlara və dəlillərə əsaslanmaqla beynəlxalq ictimaiyyətə sübut edir. Paşinyan isə əksinə, tarixi faklar və həqiqətlər qarşısında rəzil vəziyyətə düşür, əzilir-büzülür, susur, bəzən də ağ yalanlarla sudan quru çıxmağa çalışır. Lakin onun yalana və böhtana əsaslanan bütün cəhdləri uğursuz alınır. Çünki erməni baş nazirin fikirləri heç vaxt heç bir fakta söykənmir.”

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Ermənistan tərəfinin nə üçün çox vaxt danışıqlar prosesindən imtina etməsi və bunun üçün müxtəlif bəhanələr gətirməsi Münhen müzakirələri zamanı bir daha özünü göstərdi: ”Möhtərəm Prezidentimizin hər sözü, cümləsi Paşinyana endirilən ağır zərbələr idi. Dövlət başçımız Ermənistanın ölkəmizə qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını bir-bir tərs şillə kimi Paşinyanın üzünə vurdu. Erməni baş nazir isə yalnız Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun fikirlərini təhrif edilmiş formada dilə gətirərək vəziyyətdən çıxmağa çalışdı.

Müzakirələr zamanı ən çox yadda qalan məqamlardan biri də Paşinyanın böyük çaşqınlıq içində "Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi” kimi gah nala, gah da mıxa vuran, bununla da özü də bilmədən həqiqətin aşkara çıxarılmasıına kömək edən etirafı "Yalançının yaddaşı olmaz” məşhur Azərbaycan atalar məsəlinin nə qədər doğru olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu fakt bir daha belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, Ermənistanın baş naziri sanki Münhenə müzakirə aparmağa yox, beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa gəlmişdi və bunu zatən bacardı da.”

"İki sahil” qəzetinin baş redaktoru söyləyib ki, fevralın 15-də Münhen Konfransında keçirilmiş müzakirələr zamanı Prezident İlham Əliyev əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi: "Beləliklə, Prezident İlham Əliyev təkzibolunmaz faktlar və dəlillərlə, dəmir məntiqlə Paşinyanın bütün əsassız və çürük iddialarını darmadağın etdi, onu çıxılmaz vəziyyətə və aciz duruma saldı, bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi, ona indiyədək rastlaşmadığı tarix və hüquq dərsi keçdi. Beləliklə, Nikol Paşinyan növbəti dəfə tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında seytnot vəziyyətinə düşdü”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
13:42 17.11.2026
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
13:28 17.11.2026
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
13:20 17.11.2026
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
13:11 17.11.2026
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
13:08 17.11.2026
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
13:04 17.11.2026
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
12:53 17.11.2026
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
Sabah hava necə olacaq?
12:35 17.11.2026
Sabah hava necə olacaq?
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
12:14 17.11.2026
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Gələn ildən gəlir vergisi bu qədər olacaq
12:11 17.11.2026
Gələn ildən gəlir vergisi bu qədər olacaq
Trampın seçicilərinin 35 faizi aralıq seçkilərdə səs verməyib
12:09 17.11.2026
Trampın seçicilərinin 35 faizi aralıq seçkilərdə səs verməyib