Vüqar Rəhimzadə: "Təxribat xarakterli məlumatlar yayanlar məsuliyyətə cəlb olunmalıdır"

Vüqar Rəhimzadə: "Təxribat xarakterli məlumatlar yayanlar məsuliyyətə cəlb olunmalıdır"
SOSİAL
22:06 09.07.2018
4892
2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə, əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Gəncədə törədilən terror aktı çox böyük bir cinayət hadisəsidir: "Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları lazımi tədbirlər görür və düşünürəm ki, lazımi cəzalar da tətbiq olunmalıdır. Bu çox böyük ciddi bir hadisədir. Çünki insanı öldürməyə cəhd etməyin özü bir terrordur. Bu hadisələrin siyasiləşdirilməsi isə özü-özlüyündə cinayətə sövq olunmaqdır. Hadisə ilə bağlı real fakt ortadadır və maddi sübut var. Hətta deyərdim ki, bu məsələni siyasiləşdirən şəxslərin özlərini də araşdırmaq lazımdır. Sosial şəbəkələrdə cinayətkara haqq qazandırmağın özü elə bir cinayətdir. Hesab edirəm ki, məsələyə lazımi hüquq müstəvidə qiymət verilməlidir və lazımi tədbir görülməlidir. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu hadisəyə haqq qazandıranların özləri məsuliyyətə cəlb olunmalıdır. Bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumları çox ciddi məşğul olmalıdır”.
OXŞAR XƏBƏRLƏR