Vüqar övladlığa uşaq götürmək istəyir

Vüqar övladlığa uşaq götürmək istəyir
MAQAZİN
13:44 22.04.2025
150
ARB telekanalında yayımlanan "Maqazin Plus" verilişinin qonağı olan müğənni Vüqar Muradovun etirafı marağa səbəb olub.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi övladlığa uşaq götürmək istəyərkən yaşadığı məyusluqdan danışıb.
 
Vüqar bildirib ki, övladlığa götürməyi planlaşdırdığı qız uşağını artıq başqa ailəyə övladlığa veriblər:
 
"Uşaq evində bir qız uşağı görmüşdüm. Anidən mənə elə bir hiss gəldi ki, o doğma övladımdır. Onu götürmək istədim. Bir müddət sonra onu görmək üçün yenidən həmin uşaq evinə getdim və çox məyus oldum. Çünki onu artıq başqa ailəyə övladlıq vermişdilər".
 
Aysel
OXŞAR XƏBƏRLƏR