Türkiyənin Sivas rayonunda anidən yola çıxan ayını mikroavtobus vurub.
İdarə etdiyi nəqliyyat vasitəsini saxlayan sürücü vurduğunun nə olduğuna baxmaq üçün maşından enib və onun ayı olduğunu görüb. Qorxusundan hadisə yerindən 1 kilometr uzaqlaşan sürücü polisə xəbər verib.
Tələf olan ayı vətəndaşlar tərəfindən yoldan çıxarılıb. Həmin vaxt yolda uzun tıxac yaranıb.
///Milli.Az