'Vüsal Əliyevin yerinə utanıram'

İDMAN
21:40 28.04.2013
1708

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi" ilə keçirilən oyundan sonra öz təəsüratlarını bölüşüb.

"Birinci hissədə yaxşı oynadıq. İkinci yarıda 10 nəfərlə qalsaq belə, yenə yaxşı oynadıq. Vüsal Əliyevin yerinə utanıram. Oyunu "öldürdü". Sizə kifayət qədər epizod göstərəm ki, əleyhimizə qərar verib" deyə baş məşqçi bildirib.Qeyd edək ki, qarşılaşma 2:0 hesabı ilə ağ-qaralıların xeyrinə başa çatıb. matçda Nikolas kanales dubl edib.

OXŞAR XƏBƏRLƏR