Vüsal Hüseynov bir neçə rəis və müavinləri işdən çıxardı - Siyahı

Vüsal Hüseynov bir neçə rəis və müavinləri işdən çıxardı - Siyahı
SOSİAL
20:44 03.05.2018
6203
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb. 

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.

Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

OXŞAR XƏBƏRLƏR