Vüsal Murtuzəliyev əməliyyat olunub, reanimasiyadadır

Vüsal Murtuzəliyev əməliyyat olunub, reanimasiyadadır
MAQAZİN
10:22 21.06.2025
262
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.

"Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
OXŞAR XƏBƏRLƏR