Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

SOSİAL
10:02 26.03.2020
2091
"Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən APA-ya verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda, ilk dəfə 10 milyon manat vəsait ayrılıb: "Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dollar vəsait köçürüb”.

V. Qasımlı qeyd edib ki, Azərbaycanda 1,1 milyard manatdan çox olan "korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir.

"Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir.  

Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda BVF və Dünya Bankı "Böyük 20-liy”ə müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək "rahatlığı”, inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də investorlar korona böhran başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin korona böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan "koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər”, - deyə o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 05.12.2020

Ter-Petosyan: “Prosesin belə davam etməsi həm də Ermənistan dövlətçiliyinin sonu olacaq”

23:35 05.12.2020

Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur

22:43 05.12.2020

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO

22:09 05.12.2020

Ruhi Əliyeva da koronavirusa yoluxdu

22:08 05.12.2020

Türkiyədə həftəsonları 56 saat “evdə qalmaq” rejimi tətbiq olunur

21:25 05.12.2020

Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə etdi

20:56 05.12.2020

Daşkəsəndə avtomobil aşdı, sərnişini öldü

20:37 05.12.2020

Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak oldu

20:17 05.12.2020

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

20:04 05.12.2020

Prezidentə yazırlar: "Bu xoşbəxtliyi bizə Sizin dəmir iradəniz və komandanlığınız altında müzəffər Ordumuz nəsib etdi"

19:46 05.12.2020

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötdü

19:34 05.12.2020

Dünya Bankı: Yoxsulluq həddində yaşayan insanların sayı artacaq

19:07 05.12.2020

Ötən gün yaşayış yerini tərk edən 18 aktiv koronavirus xəstəsi saxlandı

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"