Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır”

Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır”
SİYASƏT
20:18 21.09.2017
1258

Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şəmkir rayonunda keçirilən "QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda bildirib.

AZXEBER.COM xəbər verir ki, V.Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini qeyd edərək, son on ildə QHT-dövlət əməkdaşlığının daha yüksək səviyyəyə qalxdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.

O, Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini, ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud oluğunu bildirib.

Şura sədrinin müavini əlavə edib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması dövlətlə QHT-lər arasında münasibətlərin daim müasirləşdirilməsini, onların fəaliyyətinin stimullaşdırılmasını zəruri edir.

V.Quliyev milli donor institutunun fəaliyyətinə də toxunaraq, ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
14:09 16.03.2026
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
14:04 16.03.2026
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
14:03 16.03.2026
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
Orhan Gencebay xəstəxanaya yerləşdirildi
14:02 16.03.2026
Orhan Gencebay xəstəxanaya yerləşdirildi