Bir neçə gün öncə beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, Vüsal sosial media hesablarında səhhətinin yaxşı olduğunu bildirib:
"Şükür mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Telefonu bu gün veriblər mənə. O qədər mesaj, zəng gəlib. Narahat olan, dua edən, maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm var olun. Bütün paylaşımlara,mesajlara cavab verə bilmirəm. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam.Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim.
Respublika Diaqnostika Mərkəzinə, başda ölkənin bir nömrəli invaziv radioloqu,insan kimi insan Ağakişi Yəhyayevə və tibbi personala, yardım göstərmək istəyən hər kəsə, doğmalarıma xüsusən üstümdə əsən bütün vəziyyəti kontrolda saxlamağı bacaran bacım Dilarəyə dərin təşəkkürümü bildirirəm. Ölüm qaşla göz arasındadı. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi.
Təbii ki,bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacam. Dostlar, kiminsə zənginə, mesajına cavab verməsəm inciməsin məndən sadəcə bir müddət rahatlıq, sakitlik içində olmalıyam sonra yenə həyat, iş öz axarında davam edəcək.Necə deyərlər, məndən qurtulmaq asan deyil. Özünüzü qoruyun”.