Aparıcı Vüsalə Əlizadənin səhhətində problem yaranıb.
AZXEBER.COM xəbər verir ki, aparıcı son zamanlar ölkədə kütləvi şəkildə yayılan virusa yoluxub.
O, bu barədə sosial şəbəkə hesabında bildirib.
Əlizadə qəbul etdiyi maye və tabletka dərmanların fotosunu paylaşaraq bu xəstəliyə tutulan yeganə insan olmadığını qeyd edib:
"İnanıram ki, belə xəstə xonçasından hər evdə var, mən tək deyiləm".