Aparıcı Vüsalə Əlizadənin "7 canlı" verilişində maraqlı anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, proqram zamanı aparıcı Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırovu sınağa çəkərək onlardan atalar sözlərinin düzgün formasını soruşub.
Videoda atalar sözü normal yazılsa da, "səhv" sözü dilin orfoqrafik qaydalarına uyğun olmayaraq "səhf" formasında yazılıb.
Verilişdə yayımlanan həmin görüntülər sosial şəbələrdə yayılaraq müzakirələrə səbəb olub.