Vüsalə: "Məni sevən sənətimi də sevir, qəbul edir"- FOTOLAR

MAQAZİN
18:58 25.07.2015
2076

"Çalışan qadından evdar xanım olmaz" ifadəsi ilə heç razı deyiləm. Həm çalışmaq, həm də evinin xanımı olmaq baş ucalığıdır.

AZXEBER.COM xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Vüsalə Rəcova deyib.

O, sənəti ilə yanaşı ailəsinə də lazımı qədər vaxt ayırdığını bildirib:

"Bəzi xanımlar ikisini bir arada etməyi bacarmırlar. Nəticədə ya ailəni, ya da sənəti itirirlər. Çətin anlarımda ailəm mənə dəstək durub. Mənim idealım hər zaman anam olub. Heç vaxt seçim qarşısında qalmamışam. İnşallah bundan sonra da qalmaram. Məni sevən sənətimi də sevir, qəbul edir. Heç kimə məsləhət verməyi sevmirəm. Amma insan nəyisə çox istəyərsə, əldə edər. Hər insan özü üçün doğru olanı seçməyi bacarır".

OXŞAR XƏBƏRLƏR