Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO

Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
MAQAZİN
12:21 01.09.2025
279
Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, aparıcının sözlərinə görə xəstəxanaya yerləşdirilməsinə səbəb səhhətində yaranan problem olub.
 
Sosial media hesabından açıqlama verən aparıcı böyrək probleminə görə yox, bədənində yaranan kista səbəbilə əməliyyat olunduğunu deyib:

"Analizlərdən sonra gecəni xəstəxanada keçirtdim. Həkim məni sadəcə 2 saat yatıracağını dedi. Yəni, bunun adı "əməliyyatdır" deyə o bildirib.

Vüsalə rəylərdə haqqında yazılan əsassız fikirlərə də cavab verib:

"Bəzən bilib-bilmədən bəxtəvərlik oxuyub nəfsini tökən, "Kaş onun yerində olaydım!” deyənlər. Onlara nə var, kefdədirlər dərdləri, sərləri yox kimi cılız yanaşmalar. Bu fikirlər təkcə mənim üçün deyil, sosial gündəmdə olan bir çoxları üçün səslənir. Mənim həyatımın marağında olanlar bir ayrı ordudur.

Heç kimin həyatında,qazancında, ruzusunda, azında, çoxunda gözüm olmayıb, öz kiçik dünyamda sevdiklərimlə, bir balamla xoşbəxt olmağa çalışmışam. Mənim də o qədər çatan-çatmayan tərəflərim olub ki, var da! Amma heç kimin yaşamına, heyatına baxıb köks ötürməmişəm. Allahımın mənə məsləhət bilib verdikləri ilə yetinmişəm və dünya malına heç vaxt "mənimdir" deməmişəm.

Hər dua edəndə deyirəm ki, "Allahım, sənin olanları mənim hansısa savabıma, xeyir əməlimə görə mükafat vermisən. Çünki mal-mülk də Allahındır! Necə ki, məktəbdə yaxşı oxuyub, yaxşı qiymət aldığımız kimi, gözəl həyatımız da Allahın hədiyyəsidir. Amma bunun bədəlini hərə bir cür verir, inanın ki, verir. 17 yaşımdan sağlamlığımla mübarizə aparıram. 23 ildir ki, hər səhər-axşam müalicə alıram, şikayət etmirəm, qismətim belədir. Allah birini alanda, başqasını verir. Mən yenə də Allahın ətəyindən əlimi üzmədim. Allahım məni sınadı.

Ana olmaq üçün hansı risklərdən keçdim. Nə gözəl ki də keçdim, minlərlə qadına stimul verib arzularının çiçək açmasına səbəb oldum. Çox şükür bu günə. Deməyim odur ki, həyat mücadilədir, bir savaşdır, biz də savaşçı, öz heyatınızın səngərində vuruşun, başqa səngərin nə enişi-yoxuşu var bilmirsiniz, nəfsinizin qurbanı olmayın. Hər kəs qismətinə yazılanı yaşayacaq. İnşallah ki, qismətimizə gözəl günlər yazılsın. Yazan, maraqlanan, nigaran qalan hər kəsə çox təşəkkür edirəm, minnətdaram".
 
Aysel

 



 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüsalə xəstəxanadan evə buraxıldı
14:56 01.09.2025
Vüsalə xəstəxanadan evə buraxıldı
Polis mobil telefon oğurlayanları saxladı
14:55 01.09.2025
Polis mobil telefon oğurlayanları saxladı
"Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır" - Deputat
14:54 01.09.2025
"Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır" - Deputat
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı
14:39 01.09.2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? - Açıqlama
14:35 01.09.2025
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? - Açıqlama
Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?
14:23 01.09.2025
Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
14:19 01.09.2025
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
Dünyada ilk dəfə donuzdan insana ağciyər transplantasiyası həyata keçirilib
14:15 01.09.2025
Dünyada ilk dəfə donuzdan insana ağciyər transplantasiyası həyata keçirilib
Tiencində "ŞƏT plyus" formatında görüş keçirilir, İlham Əliyev tədbirdə çıxış edib
14:14 01.09.2025
Tiencində "ŞƏT plyus" formatında görüş keçirilir, İlham Əliyev tədbirdə çıxış edib
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb