Vyanada terrora yox deyildi - Fotolar

DÜNYA
20:47 17.10.2020
386

Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib.

AZXEBER.COM xəbər verir ki, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

"Azer Der” cəmiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı türk icmasının nümayəndələri də iştirak ediblər. Aksiyada çıxış edən soydaşlarınız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər.

 

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!”, "Gəncə üçün dua et!”, "Erməni terrorçuluğuna son qoyun!”, "Mülki insanlar toxunulmazdır!”, "Uşaq ölümünə son qoyun!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan - BMT qətnamələrinə əməl et!” "Ermənistana inanma”"Ermənistanın işğalına son!” "Ermənistanın təcavüzünə son” "Erməni terroruna son” şüarlar səsləndiriblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:59 27.10.2020

Azərbaycanda bu gün 663 nəfər koronavirusa yoluxdu

14:59 27.10.2020

Ermənistanın rəsmən etiraf etdiyi 1037 itkisinin - ADLARI

14:55 27.10.2020

Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədib

14:48 27.10.2020

“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO

14:42 27.10.2020

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir

14:39 27.10.2020

“Azərbaycanda müharibədir, toy edə bilmərik” - Məşhur türk aktrisa

14:34 27.10.2020

“Tariximizin biabırçı səhifəsini yaşayırıq” - "Paşinyan dərhal istefa ver"

14:25 27.10.2020

Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən qovuldu

14:23 27.10.2020

Dövlət Baxçalı: Ermənilərə silah yardımı göstərmək ikiüzlülük və xainlikdir

14:21 27.10.2020

“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert

14:16 27.10.2020

“Quran” dərsi zamanı içəriyə partlayıcı olan çanta gətirilib: 7 ölü, 100-dən çox yaralı

14:03 27.10.2020

Ermənistanda bir gündə rekord sayda insan koronavirusdan öldü

14:00 27.10.2020

Qubadlının düşməni qorxuya salan igid oğulları: Əliyar Əliyevdən Bərxudarovadək... - VİDEO

13:58 27.10.2020

Ermənistanda yaralı hərbçilərin müalicəsi üçün qan çatmır

13:44 27.10.2020

Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi

13:27 27.10.2020

Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! - VİDEO