“Vyetnam Azərbaycan münasibətlərində yeni mərhələ başlayır”

“Vyetnam Azərbaycan münasibətlərində yeni mərhələ başlayır”
SİYASƏT
18:45 08.05.2025
430
Xəbər verdiyimiz kimi, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və xanımı No Fon Li may ayının 7-də Azərbaycanda işgüzar səfərdə olublar.

Vyetnamın baş katibinin Bakı səfərinin əhəmiyyəti ilə bağlı politoloq İlyas Hüseynov AZXEBER.COM-a danışıb.

O İlham Əliyevin Çinə olan uğurlu səfərindən sonra coğrafiyada yerləşən digər dövlətlərin də Azərbaycana xüsusi maraq göstərdiyini bildirib: 

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına çox uğurlu səfəri baş tutdu və tarixi əhəmiyyət kəsb edən sənədlər imzalandı. Bunun ardınca məhz bu coğrafiyada yer alan digər dövlətlər də Azərbaycanla əməkdaşlığa can atmağa başladılar.
 
Əlbəttə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan münasibətləri mövcuddur və bu xüsusda Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir”.

Politoloq həmçinin görüşün gələcəkdə statistik göstəricilərə, rəqəmlərə, ticari-iqtisadi münasibətlərdə artıma səbəb olacağını da qeyd edib:

"Hesab edirəm ki, Vyetnamın baş katibinin Bakıya səfəri də iktərəfli və çoxtərəfli münasibətlərdə inkişafa səbəb olacaq. 

Əlaqələrin geniş potensialı var. Baxmayaraq ki, dövlətlər bir-birindən çox aralı coğrafiyada yerləşirlər, lakin siyasi, iqtisadi, mədəni, humanitar, enerji, nəqliyyat sahəsində münasibətlərin inkişafını stimullaşdırmaq gərəkdir.
 
Hesab edirəm ki, Vyetnamın baş katibinin Azərbaycana səfərindən sonra münasibətlərdə yeni bir mərhələnin başlağıcının şahidi olacağıq.

Bu da statistik göstəricilərə, rəqəmlərə, ticari-iqtisadi münasibətlərdə artıma səbəb olacaq. Çünki səfər çərçivəsində çox mühüm müzakirələr, önəmli razılaşmalar keçirildi.

Əldə olan razılaşmalar həm də bizdə ümid yaradır ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin çox yaxşı gələcəyi var”.

Oksana Orucova
OXŞAR XƏBƏRLƏR