Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
SİYASƏT
14:04 15.10.2026
530
Vyetnam Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini yüksək qiymətləndirir və ölkənin təşkilatın fəaliyyətinə verdiyi töhfələri təqdir edir.

Bunu Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suan AQEM-in 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.
O bildirib ki, Azərbaycan AQEM-in fəaliyyətinə dəyərli töhfələr verir.

Vyetnamın vitse-prezidenti Bakı Bəyannaməsinin əməkdaşlıq üçün yol xəritəsi rolunu oynadığını vurğulayıb. Onun sözlərinə görə, sənəd inklüzivliyin və rəqəmsallaşmanın təşviqi baxımından əhəmiyyətlidir.

Vo Thi An Suan beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini qeyd edərək, bütün dövlətləri mövcud problemləri sülh yolu ilə həll etməyə çağırıb.

O, həmçinin iqlim dəyişikliyi və təbii fəlakətlərlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Vyetnamın vitse-prezidenti ASEAN ölkələri ilə əlaqələrin genişləndirilməsinin, eləcə də humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

"Dayanıqlı inkişaf üçün iqtisadi, texnoloji və mədəni əlaqəliliyi gücləndirərək inkişaf prosesinə təkan verməliyik. İnfrastruktur, nəqliyyat və təchizat zəncirləri sahəsində əlaqələri genişləndirməli, təhsil və kadr hazırlığı, elm və texnologiya, innovasiya, rəqəmsal transformasiya, yaşıl keçid və süni intellekt sahələrində əməkdaşlığı dərinləşdirməliyik”,- vitse-prezident vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
14:52 17.11.2026
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
14:39 17.11.2026
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
13:42 17.11.2026
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
13:28 17.11.2026
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
13:20 17.11.2026
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
13:11 17.11.2026
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
13:08 17.11.2026
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
13:04 17.11.2026
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
12:53 17.11.2026
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
Sabah hava necə olacaq?
12:35 17.11.2026
Sabah hava necə olacaq?
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
12:14 17.11.2026
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir