Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü

Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
DÜNYA
19:01 19.07.2025
306
Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Son məlumatlara görə, xilasedicilər 18 nəfərin cəsədini sudan çıxarıb, 12 nəfəri xilas etmək mümkün olub.

Bundan əvvəl VnExpress xəbər portalı göyərtəsində 53 nəfərin - 48 turist və 5 ekipaj üzvü olan səyahət gəmisinin Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən çevrildiyini bildirib.
 
/report
OXŞAR XƏBƏRLƏR