Vyetnamda yanğın fəlakəti: Uşaqlar da daxil olmaqla onlarla insan öldü

Vyetnamda yanğın fəlakəti: Uşaqlar da daxil olmaqla onlarla insan öldü
DÜNYA
11:48 13.09.2023
206
Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın fəlakətə səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Vyetnamın paytaxtı Hanoyda 150 nəfərin yaşadığı yaşayış binasının alovlanması nəticəsində çoxlu insan həyatını itirib.

150 nəfərin yaşadığı 9 mərtəbəli yaşayış binasında baş verən yanğında alov qısa müddətdə mənzili mühasirəyə alıb və xilas olmaq imkanı olmayan onlarla insan dünyasını dəyişib. 

Vyetnam mediası gecə saatlarında başlayan yanğının bir neçə saat ərzində söndürüldüyünü bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR