"Qarabağ"da baş verənlər barədə feyk xəbərləri və saxta videoreportajları ilə tanınan "WarGonzo" layihəsinin əməkdaşı İrəvandakı Zvartnots hava limanında ilişib qalıb.
AZXEBER.COM Ermənistan mediasına istinadən xəbər verir ki, jurnalist Dmitri Seleznyovun ölkəyə girişinə icazə verilməyib və o, geri dönüş reysini gözləməli olub.
Qərarın səbəbləri hələ də məlum deyil.
Qeyd edək ki, "WarGonzo"nun əsas siması sayılan Semyon Peqov II Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı təxribat xarakterli videosüjetlər hazırlayıb. O, digər münaqişə ocaqlarından da, həqiqətə uyğun olmayan xəbərləri ilə yadda qalıb.










































