"Wentto Electronics "Güc Birlikdir! Bu mübarizədə biz də varıq!” şüarı ilə , ölkə başçısının sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə əsasən, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat məbləğində vəsait ayırıb.
Məlumat üçün bildirək ki, "Wentto Electronics" məhsulların saxlanılması üçün nəzərdə tutulmuş anbarlar, nəqliyyat vasitələrində və satış nöqtələrində virusa qarşı vaxtında profilaktik və dezinfeksiya tədbirləri görülüb.