"​WhatsApp" ödənişli oldu

"​WhatsApp" ödənişli oldu
SOSİAL
01:23 06.06.2026
142
"WhatsApp" yeni ödənişli abunə xidməti olan "WhatsApp Plus" paketini bəzi ölkələrdə sınaqdan keçirməyə başlayıb.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, yeni xidmət istifadəçilərə standart versiyada olmayan əlavə fərdiləşdirmə imkanları təqdim edir. Abunəçilər tətbiqin görünüşünü dəyişmək üçün eksklüziv mövzular və xüsusi ikonlardan istifadə edə biləcəklər. Bundan əlavə, istifadəçilərə çat siyahısında daha çox söhbəti sabitləmək imkanı veriləcək. Paketə fərdi zəng səsləri və yalnız abunəçilər üçün nəzərdə tutulan xüsusi bildiriş tonları da daxildir. "WhatsApp Plus" istifadəçiləri eksklüziv stiker paketləri və əlavə emojilər əldə edəcəklər. Meta şirkəti bu yeniliklə tətbiqdən daha aktiv istifadə edən şəxslərə geniş imkanlar təqdim etməyi hədəfləyir. Hələlik "WhatsApp Plus"un aylıq abunə qiyməti və qlobal təqdimat tarixi barədə rəsmi məlumat açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR