“WhatsApp” qadağan edilə bilər - Onlayn Təhlükəsizlik Aktı təsdiqlənməyi gözləyir

MARAQLI
12:41 10.03.2023
550

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp”ın tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Aktı səbəbiylə İngiltərədə qadağan oluna biləcəyi iddia edilib.

AZXEBER.COM xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp"ın prezidenti Will Cathcart İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Aktı səbəbiylə "Whatsapp”ı qadağan edə biləcəyini açıqlayıb.

Bildirilib ki, Onlayn Təhlükəsizlik Aktı tətbiqi hazırda xidmətdə mesajları qoruyan uçdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər. Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, "WhatsApp” bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.

Ayşən

OXŞAR XƏBƏRLƏR