Dünyanın məşhur mesajlaşma şəbəkəsi "WhatsApp”a bezdirici özəllik gəlir.
"WABetaInfo”nun "Twitter”də yaydığı məlumata əsasən, yenilik "WhatsApp” statusları ilə bağlıdır.
Belə ki, yeni özəlliyə əsasən, artıq favoritlər siyahısında olan şəxs statusunu dəyişərsə, qarşı tərəfə bu barədə bildiriş göndəriləcək.
Bu funksiya "Facebook”dakı "closeup friends notification” ilə oxşarlıq təşkil edəcək.
Yenilik əksəriyyət üçün maraqlı gəlsə də, ümumilikdə götürsək, bezdirici olacaq. Bunun nə zaman tətbiq ediləcəyi bəlli deyil.
///milli.az